Kamran Ağayev Portuqaliyada ilk oyununda səhv etdi – VİDEO/FOTOLAR
Kamran Ağayev Portuqaliyada ilk oyununda səhv etdi – VİDEO/FOTOLAR
24 Sentyabr 2016 / 15:44 / Baxış sayı: 1116
Font1 Font2 Font3 Font4
Bizimxeber

Milli komandamızın qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubunun heyətində debüt edib.  Qaynarinfo.Az-ın məlumatına görə, Portuqaliya çempionatında ilk oyununa çıxan Ağayev əzəli rəqiblərdən sayılan “Portu” ilə derbi matça start heyətdə çıxıb. “Draqan” stadionunda keçirilən görüşdə yığmamızın bir digər üzvü Emin Mahmudov isə yenə “18-liy”ə daxil edilməyib. 

Görüşə “Boavişta” yaxşı başlayıb. 5-ci dəqiqədə Nunu Enrike hesabı açıb. Lakin “Portu”nun hücumçusu Andre Silva 19-cu dəqiqədə hesabı bərabərləşdirib. Məhz topu götürmək istəyən Andre Silva ona mane olan Kamranla kiçik insident yaşayıb. 41-ci dəqiqədə Andre Silva yenə Kamranı məyus edib. Onun penalti zərbəsinin istiqamətini düzgün tapsa da, Kamran qola mane ola bilməyib.

“Qalatasaray”dan tanıdığımız braziliyalı sol cinah müdafiəçisi Aleks Telles də Kamran Ağayevə qol vurub. Daha doğrusu, Kamran avtoqola imza atıb. Bəzi mənbələrdə qolun müəllifi kimi Aleks göstərilsə də, bunu avtoqol kimi qiymətləndirənlər də var. Lakin Kamran 90+1-ci dəqiqədə Aleksin digər zərbəsini dəf edə bilib. Beləliklə, “Boavişta” 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Boavişta” bu nəticədən sonra 5 xalla XII pillədə qərarlaşıb.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə