“Kamaz”ın vurduğu maşının sürücüsü ölüb
“Kamaz”ın vurduğu maşının sürücüsü ölüb
12 Avqust 2016 / 11:31 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4
Bizimxeber

Səhər saat 6 radələrində Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun 215-ci kilometrliyində, rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan KamAZ markalı yük maşını eyni istiqamətdə yolun kənarında dayanmış MAZ markalı digər yük maşınına çırpılıb. Nəticədə, avtomaşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Maşında sıxılmış vəziyyətdə qalan sürücü onlar tərəfindən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi qaldırılıb. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə