Kadırov 98% səslə Çeçenistanın başçısı seçildi
Kadırov  98% səslə Çeçenistanın başçısı seçildi
05 Oktyabr 2016 / 16:54 / Baxış sayı: 1366
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ramzan Kadırov bu gündən rəsmi olaraq, Çeçenisianın başçısı vəzifəsinin icrasına başlayacaq.

İnauqurasiya mərasimi Qroznı şəhərindəki Dövlət konsert zalında keçiriləcək. Elə bu gün həm də Kadırovun 40 yaşı tamam olur.

Sentyabrın 18-də Çeçenistanda ötən 13 ildə ilk dəfə olaraq bölgənin başçısının birbaşa seçkiləri keçirilib. Respublikanı 10 ildir ki, idarə edən Kadırov üçün bu seçkilər onun siyasi karyerasında ilkdir.

Rəsmi məlumatlara görə, seçicilərin ştirakı 95 faiz olmaqla, bu seçkilərdə Kadırov 98 faiz səs toplayıb.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə