“Kərimovun vəziyyəti ağırlaşıb”-RƏSMİ DAŞKƏND
“Kərimovun vəziyyəti ağırlaşıb”-RƏSMİ DAŞKƏND
02 Sentyabr 2016 / 9:36 / Baxış sayı: 830
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az məlumat verir ki, Özbəkistan hökuməti prezident İslam Kərimovun insult xəbərini təstiqlədi. Son sutkada prezidentin vəziyyətinin qəfil ağırlaşdığını bildirdilər. 

Ria novosti xəbər verir ki, “Böyük ürək ağrısı ilə məlumat veririk ki, son saatlarda prezidentimizin vəziyyəti qəfil pisləşib. Vəziyyəti həkimlər tərəfindən hələ də kritik olaraq qiymətləndirilir”-Özbəkistanın yerli mətbutında kabinetin məlumatı dərc olunub.

Daha əvvəl də rəsmi Özbəkistan KİV məlumat vermişdi ki, Kərimov stasionar müalicə kursu keçir. Prezidentin qızı Lola Kərimova -Tilyayeva öz İnstagram səhifəsində atasının insult keçirdiyini yazmışdı.

Ötən çərşənbə axşamı məlum oldu ki, avqustun 31-də ölkə başçısının və hökumət nümandələrinin iştirak edəcəyi   Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dövlət konserti təxirə salınıb.

Kərimovun hər il rəsmən iştirak etdiyi Özbəkistanın Müstəqillik günü sentyabrın 1-də prezident olmadan keçirildi. Baş nazir Şövkət Mirzəyev və parlament nümayəndələri “Müstəqillik” meydanında Azadlıq və humanizm abidəsinin önünə gül qoyub.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə