Kənd Təsərrüfatı nazirliyi tender elan edib
Kənd Təsərrüfatı nazirliyi tender elan edib
02 Avqust 2016 / 10:32 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kənd Təsərrüfatı Nazirliyi aqrokimya laboratoriyaları üçün tələb olunan avadanlıqların satın alınması və quraşdırılması məqsədilə açıq tender elan edib.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb edilən sənədləri sentyabrın 5-dək, tender təklifləri və zəmanət sənədlərini isə sentyabrın 14-dək Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80 ünvanında yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidir. Tender proseduru isə sentyabrın 15-də keçiriləcək.\Xalq qəzeti\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə