Kənd sakinləri milyonçu oldu
Kənd sakinləri milyonçu oldu
25 Noyabr 2016 / 16:09 / Baxış sayı: 910
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Corona” şirkətinin banisi ispan kəndinin sakinlərini milyonçu edib.

Bizimxeber.az xəbər verir ki, tanınmış pivə brendinin banisi Antoni Fernandes anadan olduğu kəndin hər bir sakininə 2 milyon dollar miras buraxıb.

Bu ilin avqust ayında 98 yaşında vəfat edən Antoni 170 milyon dollarlıq sərvətini doğulduğu kəndin 80 sakininə vəsiyyət edib. İspaniyanın Lion əyalətinin Serezales del Sondado kəndinin sakinləri artıq milyonçudur.

Kəndin yeganə barının sahibi Maksimino Sançes bildirib ki, sakinlər Antoniosuz nə edəcəklərini bilmirlər.

Qeyd edək ki, Fernandos bu kənddə kasıb bir ailədə dünyaya gəlib. 14 yaşında məktəbi yarımçıq qoyaraq işləmək məcburiyyətində qalıb. 1949-cu ildə Meksikaya işləmək üçün dəvət alıb. 1971-ci ildə isə “Corona” şirkətinin baş direktoru olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə