Kəmaləddin Heydərovun “sağ əli” Rusiyaya qaçdı, Putinə sığındı
Kəmaləddin Heydərovun “sağ əli” Rusiyaya qaçdı, Putinə sığındı
24 Oktyabr 2016 / 18:03 / Baxış sayı: 1838
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Trans Broker” MMC-nin rəhbəri, yağ məsulları və avtomobil hisslələrinin idxalınını monopoliyaya almış, qeyri-rəsmi milyarder Əbülfəz Məlikov artıq ölkəni tərk edərək Moskvaya qaçıb. Hazırda o, Moskvadadır və biznesinin əhəmiyyətli kəsimini də Rusiya paytaxtına köçürüb.

Bu barədə mötəbər mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, Ə.Məlikov azərbaycanlı iş adamı, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan İlham Rəhimovun himayəsi ilə biznesini Moskvaya köçürə bilib: “Ə.Məlikov İ.Rəhimovun dəstəyi ilə Rusiya siyasi elitasından biznesinin və kapitalının təhlükəsizliyinə təminat alıb”.

Mənbə bildirir ki, bu ilin yanvarına qədər Ə.Məlikov gömrük sistemində əsas söz sahibi olub: “İlin əvəllində gömrük monopoliyası ləğv edilsə də, Ə.Məlikov son vaxtlara qədər qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırdı. Hazırda Ə.Məlikov avtomobil təkərlərinin, xurma, düyü. kərə və duru yagların idxalına nəzarəti həyata keçirir. Ancaq son vaxtlar onun Gömrük Komitəsinin rəhbərliyi, xüsusilə də Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə ciddi konfiliktləri olub. Çünki ölkəyə daxil olan bütün malların gömrük rəsmiləşdirilməsi artıq Bakı Baş Gömrük İdarəsində həyata keçirilir. Burada onun idxal etdiyi mallara imtiyazlı yanaşma ləğv edilib. Ona görə də Ə.Məlikovlə gömrük rəhbərliyinin münasibətləri açıq düşmənçilik səviyyəsinə keçib”.

Eyni zamanda mediada zaman-zaman Ə.Məlikovun adı sabiq milli təhlükəsiz naziri Eldar Mahmudovla, hazırda məhkəməsi gedən, MTN generalı Akif Çocdarovla sıx münasibətlərdə hallanıb.

Yayılan məlumatlara görə, Akif Çovdarovla o bir sıra iş adamlarının əmlakını əlindən alınmasında müştərək ssenari cızıblar. Çovdarovun qara siyahısında olan iş adamlarının gömrük sərhədlərində “narkotika ilə saxlanılması” işinə Ə.Məlikov rəhbərlik edib. Bu cür əməkdaşlıq müqabilində E.Mahmudovun seti baş brokerə həmişə yaşıl işıq yandırıb. Eyni zamanda E.Mahmudova yaxın şirkətlər ölkəyə gətirdiyi malllara görə gömrük rüsumu ödəməkdən qeyri-rəsmi azad ediliblər. Nəhayət, Ə.Məlikov yüksək dövriyyəsi olan iş adamları barədə Çovdarova məlumatlar ötürüb”.

Mənbənin məlumatına görə, indiki vəziyyətdə Ə.Məlikovun hətta həbs edilməzk riski var: “Gömrük Komitəsi ilə münasibətlərin düşmənçilik səviyyəsinə keçməsi və eyni zamanda Çovdarov seti ilə sıx münasibətlər onu biznesini Moskvaya köçürməyə vadar edib: “Onun İ.Rəhimovla ünsiyyət qurması da təsadüfü deyil. Çünki İ.Rəhimovun da Azərbaycanın siyasi rəhbərliyi ilə münasibətləri soyuyub və narazıları öz çətiri altına almağa başlayıb. Bu baxımdan Ə.Məlikovun İ.Rəhimova sığınması başadüşüləndir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə