Kəmaləddin Heydərov Xaləddin İsgəndərovu necə “batırır”? – Təfərrüat
Kəmaləddin Heydərov Xaləddin İsgəndərovu necə “batırır”? – Təfərrüat
24 Oktyabr 2016 / 11:27 / Baxış sayı: 244
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 17-dən Binəqədi sakinlərinin həyatı cəhənnəmə dönüb, rayon uğursuz Venesiyaya çevrilib. Bakıya yağan yağışın üstündən az qala bir həftə keçməsinə baxmayaraq, Binəqədi sakinləri sözün əsl mənasında üzə-üzə yaşayır. 

İstəyən “yağış”ın önünə bir “aramsız” sözü də əlavə edib cümləni gücləndirə bilər. Sanki, bir ay dayanmadan leysan yağıb, Xəzər dənizi daşaraq Binəqədini öz ağuşuna alıb. Əslində yağış heç də aramsız yağmayıb, heç təbii fəlakət həddində də olmayıb. Sadəcə, uğursuz şəhər planı, yarıtmaz məmurlar sayəsində sakinlər evlərindən küçəyə çıxa bilmir, işə üzə-üzə getmək məcburiyyətində qalıb. Evdən çıxanlar mənzil başına çatana qədər iki dəst paltar dəyişməli olur.

Və təbii ki, vəziyyətin bu həddə çatmasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgənədovunun da “əməyi” az deyil. Başçı “Təmiz Binəqədi” deyə-deyə, Binəqədini Venesiya şəhəri ilə “qardaşlaşdırdı”. Amma Xaləddin müəllimin digər işləri kimi, bu işi də uğursuz oldu. İndi insanların həyatını cəhənnəmə çevirən qərarlar sakinlər kimi, Xaləddin İsgəndərovun özünü də çətin vəziyyətə salıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Binəqəddinin bu günə düşməsinin əsas günahkarı İcra Hakimiyyəti olsa da, digər dövlət qurumlarının da məsuliyyəti az deyil. İcra Hakimiyyətindəki mənbənin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Binəqədidə yaranmış vəziyyətin medianın gündəmindən düşməməsi, sosial mediada geniş müzakirələrə səbəb olması, baş verənlərə görə hökumətin tənqid edilməsi və sakinlərin keçirdiyi aksiya yuxarı hakimiyyətin yuxarı dairələrini əsəbiləşdirib.

Mənbə bildirir ki, Xaləddin İsgəndərova vəziyyəti tez bir zamanda düzəltmək tapşırığı verilib. Lakin icra başçısı təkbaşına yağışın fəsadlarını aradan qaldırmaqda çətinlik çəkdiyini deyib. O, bununla bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət etsə də, hələ heç bir cavab ala bilməyib. Buna səbəb isə fövqaladə hallar naziri Kaməllədin Heydərovla Xaləddin İsgəndərovun “krişa”sı hesab edilən vergilər naziri Fazil Məmmədov arasındakı soyuq münasibətlər göstərilir.

“Fövqəlnazir” bildirib ki, Xaləddin İsgəndərov problemini özü həll etməlidir. Yəni bu günə qədər qarış-qarış satdığı Binəqədini ağuşuna almış yağış sularını indi özü qarış-qarış təmizləməlidir.

FHN-dən umduğu dəstəyi ala bilməyən Xaləddin İsgəndərovun vəziyyəti isə günü-gündən pisləşir. Yuxarıların verdiyi möhlət başa çatmaq üzrədir, Binəqədinin küçələri isə hələ də böyük gölməçələri xatırladır. Və ən dəhşətlisi odur ki, Binəqədi sakinləri üçın həyat hələ də normal axarına düşməyib…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə