Jurnalistin ölümündən bir il keçdi
Jurnalistin ölümündən bir il keçdi
09 Avqust 2016 / 15:38 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün jurnalist Rasim Əliyevin ölümündən bir il ötür. Düz bir il bundan əvvəl bir qrup şəxs tərəfindən Bayıl qəsəbəsində döyülən, ağır dərəcəli bədən xəsarətləri ilə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilən Rasim Əliyev gecə saatlarında xəstəxanada dünyasını dəyişir.

Hadisənin baş verməsinə səbəb jurnalistin öz “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov haqda yazdığı status olmuşdu. Sosial şəbəkədə müzakirədən mübahisəyə yol açan bu status sonda Rasimin ölümü ilə nəticələnmişdi. Futbolçunun qohumu tərəfindən görüşə çağırılan Rasim onun özü və dostları tərəfindən döyülmüşdü.

Faktla bağlı Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev həbs olundular. Onlardan bir qədər sonra isə futbolçu Cavid Hüseynov tutuldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edildilər.

“Qəbələ” futbol klubunun Cavid Hüseynov yalnız ağır cinayəti bilib xəbər verməməkdə ittiham edilərək bu il mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il cəza aldı.

R.Əliyevin vəkilləri və yaxınları bu məsələdə həkimlərin də məsuliyyətinin obyektiv araşdırılmasını istəyirdilər.

Bu gün Rasimin Mehdiabad qəsəbəsində yerləşən məzarı doğmaları, həmkarları, yaxınları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə