Jirinovski Ərdoğanın müdafiəsinə qalxdı
Jirinovski Ərdoğanın müdafiəsinə qalxdı
31 Oktyabr 2016 / 11:15 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib. Oda.tv. xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib.

“Rossia 1” telekanalında yayımlanan verilişdə qonaq olan siyasətçi bildirib ki, Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etmək məcburiyyətindədirlər: “Biz Ərdoğanı müdafiə etməliyik. Gərək cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə