İxtisas seçimi bu gün başa çatır
İxtisas seçimi bu gün başa çatır
19 Avqust 2016 / 11:50 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə Bizimxeber.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatda deyilir. Məlumatda qeyd olunur ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

19 avqust saat 10:15-ə olan məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 16979 nəfəri elektron ərizəsini təsdiq edib, 1855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə