İxtisas seçimi başa çatdı
İxtisas seçimi başa çatdı
11 Avqust 2016 / 11:53 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ali təhsil müəssisələrinin I-V qruplar üzrə müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi başa çatıb. 

Bizimxeber.az  xəbər verir ki, 38 114 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Onlardan 36 626 nəfər ali təhsil müəssisələrinin həm I-IV, həm də V ixtisas qruplarının ixtisaslarını, 1488 nəfər isə yalnız V qrupun ixtisaslarını seçiblər. Ərizəsini təsdiq edən abituriyentlərin 34 403 nəfəri Azərbaycan bölməsi, 3711 nəfər isə rus bölməsinin ixtisaslarını təsdiq seçərək təsdiq ediblər.

Qeyd edək ki, bu il I-V qruplar üzrə ali məktəblərə ümumilikdə 41 825 plan yeri ayrılıb. Plan yerlərindən 13 632-si (5441 dövlət sifarişli) I ixtisas qrupu, 12 315-si (1926 dövlət sifarişli) II ixtisas qrupu,  9782-si (2721 dövlət sifarişli) III ixtisas qrupu, 3310-nu (1405 dövlət sifarişli) IV ixtisas, 2786 yer isə V ixtisas qrupu üçün nəzərdə tutulub. Bütün qruplar üzrə ayrılmış plan yerlərinin 29%-i (12 341 yer) dövlət sifarişli ixtisaslardır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə