İvanişvili Abxaziyada otel tikmək istəyir  
İvanişvili Abxaziyada otel tikmək istəyir  
26 Sentyabr 2016 / 21:17 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4
Bizimxeber
O, bu məqsədlə Abxaziyada infrastuktur layihələrini həyata keçirmək niyyətindədir.

“Bu gün Qanmuxridə tikinti başlayır. Orada investisiya fondunun maliyyələşdirməsi hesabına ən yüksək dərəcəli mehmanxana inşa olunacaq. Mehmanxananın arxa tərəfində isə botanika bağı salınacaq. Bu layihəni “Kartu” fondu maliyyələşdirəcək” -, deyə Bidzina İvanişvili Şərqi Gürcüstanın Kvemo Kartli regionunda jurnalistlərə deyib. 

Keçmiş baş nazirin sözlərinə görə, bu işlərdən əldə olunan gəlir yerli infrastukturun inkişafına xərclənəcək.

“Mən bununla bizim münasibətlərimizin bərpasına öz borcumu vermək istədim. Münasibətlərin bərpası üçün müəyyən əsas yaranıb”, – İvanişvili vurğulayıb.

O, ideyanı Abxaziya tərəfə çatdırmağa cəhd olunduğunu da deyib: “Mənə məlum olduğuna görə, hələ ki bu məsələni razılaşdırmaq mümkün olmayıb, ancaq təklif o dərəcədə humanitar və dostacasınadır ki, düşünürəm buna pozitivdən başqa qiymət verilməsi gözlənilmir”, – keçmiş baş nazir söyləyib.

Gürcüstanın keçmiş baş naziri, milyarder və bu ölkənin hakim partiyasının qeyri-formal lideri Bidzina İvanişvili Abxaziya ilə münasibətləri bərpa etmək üçün yollar axtarır.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə