İtkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olundu
İtkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olundu
09 Noyabr 2016 / 10:47 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”. “BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.

“İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, – deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə