İtaliyanın Azərbaycandakı səfirliyində bayraq endirildi
İtaliyanın Azərbaycandakı səfirliyində bayraq endirildi
25 Avqust 2016 / 20:07 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4
Bizimxeber

İtaliyanın Azərbaycandakı səfirliyində bayraq bu ölkədə elan olunmuş matəmlə əlaqədar yarıya qədər endirilib.

Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib. Diplomat qeyd edib ki, bununla belə, səfirlikdə “xatirə kitabı”nın açılması nəzərdə tutulmur.

Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb. Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub.

Zəlzələdə ölənlərin sayı 247 nəfər çatıb. Avqustun 24-25-də ölkə ərazisində matam elan olunub.(APA)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə