İtaliyada ölənlərin sayı 247-ə çatıb- FOTOLAR-YENİLƏNİB
İtaliyada ölənlərin sayı 247-ə çatıb- FOTOLAR-YENİLƏNİB
25 Avqust 2016 / 10:11 / Baxış sayı: 1548
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrinə davam etdirilir.

Xatırladaq ki, İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm elan edilib.

***17:43

Bizimxeber.az saytı məlumat  verir ki, İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 73-i keçib.

Map showing towns affected by the earthquake and their proximity to Perugia and Rome

State forestry service photo of rescue workers pulling survivor from rubble

 

Rescuers carry a person on a stretcher following the quake in Amatrice,, Italy (24 August 2016)

 

The earthquake badly damaged the centre of Amatrice, shown in these two pictures of the same street before and after the quake - 24 August 2016

 

An image of some of the damage on the Via Salaria road in Pescara del Tronto compared to an image of the street before the quake - 24 August 2016

Aerial photo of Amatrice shows scale of damage

A man wrapped in blanket looks on as a rescuer with a dog stand in front a collapsed house

 

Quake damage in Amatrice (24 August 2016)

First aid is provided to people who were injured in an earthquake at a hospital in Amatrice

People stand by a road following a quake in Amatrice

*** 15:54

Bizimxeber.az xəbər verir ki, mərkəzi İtaliyada 4.9 ballıq daha bir zəlzələ oldu. Xəbərlərə görə zəlzələnin qurbanlarının sayı  45-i keçdi. 

İTAR TASSın məlumatına görə, təkrar təkanlar daha böyük arealda , o cümlədən Romada hiss olundu.

Zəlzələ bir çox yaşayış məntəqələrini dağıdıb. Dağıntılar arasında itkin düşənlərin axtarışı davam edir.

***14:43

Bizimxeber.az saytı xəbər verir ki, İtaliyadakı zəlzələdə ölənlərin sayı 38-i keçdi. İTAR TASS-ın məlumatına görə, bu barədə ölkənin mülki müdafiə nazirliyi məlumat verir. Zəlzələdə ən çox dağıntıya məruz qalan Peskara-del-Tronto şəhərində 100-dən çox insandan heç bir xəbər almaq mümkün deyil.

Daha əvvəl məlumat verilirdi ki, xilasedicilər bir neçə saat  zəlzələnin episentrinə çata bilməyib.

Qeyd edək ki, 24 avqust gecəyarısı mərkəzi İtaliyada 6 ballıq zəlzələ oldu. Zəlzələnin episentri Akkumoli şəhəridir.  Daha sonra  Umbriya vilayətində 5.4 ballıq yeni təkan oldu.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə