İstanbulun Boğaziçi körpüsünün yeni adı 15 İyul Şəhidləri oldu
İstanbulun Boğaziçi körpüsünün yeni adı 15 İyul Şəhidləri oldu
26 İyul 2016 / 11:35 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4
Bizimxeber

İstanbulun Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə adlandırılacaq.

Bizimxeber.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bəyanat verib.

Baş nazir bildirib ki, çevriliş cəhdlərinin qurbanlarının xatirəsini əbədiləşdirmək qərara alınıb. Boğaziçi körpüsü iyulun 15-i şəhidlərinin xatirəsinə adlandırmaq qərara alınıb.

Hökumətin toplantısında Jandarm Qüvvələri Baş Komandanlığının və Sahil Mühafizəsi Komandanlığının Daxili İşlər
Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul edilib.

Baş nazir həmçinin Ali Hərbi Şuranın toplantısının Nazirlər Kabinetində keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə