İstanbulda İŞİD-lə əlaqədə şübhəli 40 əcnəbi tutuldu
İstanbulda İŞİD-lə əlaqədə şübhəli 40 əcnəbi tutuldu
19 Sentyabr 2016 / 9:53 / Baxış sayı: 130
Font1 Font2 Font3 Font4
Bizimxeber
Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 40 əcnəbi saxlanılıb.

Məlumata əsasən, 23 ünvanda keçirilən əməliyyat zamanı İran, İraq, Əfqanıstan və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərində və göstərilən yerlərdə axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.

Şübhəlilərdən bəzilərinin dəfələrlə Suriyadakı qarşıdurma bölgələrinə getdikləri müəyyən olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə