İsrailin işğal etirafı – gizli sənədlərdə
İsrailin  işğal etirafı – gizli sənədlərdə
22 Sentyabr 2016 / 11:31 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsrail Xarici işlər nazirliyinə aid iki gizli sənəd üzə çıxıb.

Bu barədə Haaretzdə xəbər gedib. Verilən xəbərə əsasən hər iki sənəddə İsrail işğalçı olduğunu etiraf edir. Bu sənədlərdə İsrailin işğal altında olan torpaqlara Qızıl Xaç cəmiyyətini buraxmaması, qeyri-qanuni məskənlər salması, fələstinlilərə qarşı zorakılıq etməsi öz əksini tapıb.

1968-ci mart ayına məxsus gizli təlimatda İsrailin Vaşinqtondakı səfiri İzhak Rabinə tapşırılır ki, ABŞ-ın Cenevrə sazişini pozmuş İsrailə qarşı təzyiqlərini azaltsın. İsrailli diplomatlar bu rejimin etdiklərini qətiyyən işğal olaraq dəyərləndirmirlər. Buna sübut olaraq isə 1967-ci Ərəb-İsrail  müharibəsindən əvvəl Qərbi İordan çayı boyunca ərazilərin mövqeyini və Qəzzanın yerini göstərirlər.

İkinci üzə çıxan sənəd isə 1967-ci il müharibəsinin bitməsindən 2 həftə sonraya aiddir. Bu sənəddə İsrailin mövqeyinin işğalçı olaraq dəyərləndiriləcəyi vurğulanır və Qızıl Xaç cəmiyyətinin o torpaqlara buraxılmaması vurğulanır. Bu isə yuxarıda qeyd olunan diplomatların dediklərini tamamilə yalan olduğunu sübut edir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə