İsrail hökuməti əhalini köçürdür-Yanğına görə
İsrail hökuməti əhalini köçürdür-Yanğına görə
24 Noyabr 2016 / 18:26 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsrail hökuməti yanğın səbəbilə Hayfanın şimalından 11 rayonu evakuasiya edir. Bizimxeber.az saytı məlumat verir ki, Hayfada baş verən yanğın ölkədə böyüklüyünə görə üçüncüdür. 

“Yanğının yayılması təhlükəsi ilə əlaqədar olaraq vətəndaşlardan polis əməkdaşlarının təlimatına əməl etməyi və ərazini təcili tərk etməyi xahiş edirik,”- təhlükəsizlik xidməti əhaliyə müraciət edib. Evakuasiya olunmuş vətəndaşlara yerləşmək üçün  bir ictimai mərkəz və stadion verilib.

Yerli kanallar tüstünün yayıldığı küçələri, hündürmərtəbəli yaşayış evlərinin yaxınlığında alovlanan ağacları göstərir.

Hayfanın “Təcili yardım” xidməti 6 zərərçəkən barədə məlumat verib. Onlar müxtəlif dərəcəli xəsarətlə xəstəxanalara yerləşdirilib.

 

300-ə yaxın israilli isə timon və İordan çayının qərb sahilindən evakuasiya edilib.

 

Yanğının səbəbi məlum deyil. Yanğınla bağlı bir neçə şübhəli şəxs saxlanılıb. Rəsmi İsrail xarici ölkələrə kömək üçün müraciət edib. Benyamin Neteyahunun mətbuat xidməti bildirir ki, 6 ölkədən 10 yanğınsöndürən təyyarə göndərilib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə