İsrail 3 gündür yanğını söndürə bilmir
İsrail 3 gündür yanğını söndürə bilmir
25 Noyabr 2016 / 12:43 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Artıq üç gündür İsraildə davam edən meşə yanğınları nəzarətdən çıxmağa başlayıb. Qüds daxil olmaqla 13 bölgədə qeydə alınan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Məlumata görə, təkcə Hayfa şəhərində 75 min insan yaşayış yerindən təxliyyə edilib.

Ölkədə yaranan fövqəladə vəziyyətlə əlaqədar Baş nazir Benjamin Netanyahu Azərbaycan, Rusiya, Türkiyə, Yunanıstan və İtaliya da olmaqla 8 ölkədən kömək istəyib. İsrailin yardım istədiyi ölkələr artıq lazımı qurğuları göndəriblər. Baş nazir “İsraili yandırmağa çalışan hər kimdirsə, ən ciddi şəkildə cəzalandırılacaq” sözlərini işlədib.

Digər tərəfdən, sosial şəbəkələrdə bəzi fələstinli və İsrailə qarşı olan istifadəçilər yanğını #israelisburning (#israilyanır) haştagı ilə paylaşaraq sevinclərini ifadə ediblər. Netanyahu isə Fələstin hökumətinin də yardım təklif edən ölkələr sırasında olduğunu açıqlayıb.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə