İsmi Ağayev sərbəst buraxıldı, Turqut Qəmbərdən isə xəbər yoxdur – FOTO + YENİLƏNİB
İsmi Ağayev sərbəst buraxıldı, Turqut Qəmbərdən isə xəbər yoxdur – FOTO + YENİLƏNİB
18 Avqust 2016 / 13:01 / Baxış sayı: 450
Font1 Font2 Font3 Font4
Bizimxeber

N!DA Vətəndaş Hərəkatının daha bir üzvü İsmi Ağayev Yasamal rayon Baş Polis İdarəsindən sərbəst buraxılıb. Jurnalist İslam Şıxəlinin isə telefonu qaytarılıb. 

12:17****

N!DA Vətəndaş Hərəkatının daha bir üzvü İsmi Ağayev mülkü geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Bu bardədə məlumatı Qaynarinfo.Az-a hadisə şahidləri veriblər. 

Onların sözlərinə görə, məhkəmə önündə xeyli sayda polis əməkdaşı var. Polislər Azadlıqradiosunun jurnalisti İslam Şıxəlinin telefonunu əlindən alıblar. Ona çəkiliş aparmağa mane olublar.

*** 12:02

N!DA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Turqut Qəmbər  mülkü geyimli şəxslər tərəfindən saxlanılıb.

Qayanrinfo.Az-a bu barədə məlumat gənc fəal Nəcmin Kamil verib.

Nəcmin Kamilin sözlərinə görə, hadisə bu gün Bakı Appellyasiya Məhkəmsəində N!DA Vətəndaş Hərəkatının daha bir üzvü Elgiz Qəhrəmanlının məhkəməsi zamanı baş verib. Turqut Qəmbərin Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Məlumat üçün bildirək ki, Elgiz Qəhrəmanlı da məhkəməyə gətirilməyib.

E. Qəhrəmanı avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər saxlayıblar. Daha sonra Nərimanov rayon məhkəməsi Elgiz Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik saxlama) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. CM-də qeyd olunur ki, bu maddə ilə ittiham olunan şəxs əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

NİDA Vətəndaş Hərəkatı yaydığı bəyanatında bildirir ki, Elgiz Qəhrəman saxta ittihamla həbs olunub. Hərəkat saxta ittihamlarla həbs olunmuş bütün siyasi fəalların qeyd-şərtsiz azad olunmasını tələb edib.

18 avqustda saat 11:30 -da Bakı Apellyasiya Məhkəməsində Elgiz Qəhrəmana qarşı seçilən həbs-qətimkan tədbiri ilə bağlı vəkil Nemət Kərimlinin verdiyi şikayətə baxılacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə