İsmayıllının kəndləri təhlükədə – Sürüşmə aktivləşir, ciddi tədbir görən yoxdur
İsmayıllının kəndləri təhlükədə – Sürüşmə aktivləşir, ciddi tədbir görən yoxdur
15 Noyabr 2016 / 13:59 / Baxış sayı: 1378
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsmayıllı rayonun Sədiyyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib. Daha doğrusu daha ciddi hal alıb.

İstisu kənd sakinlərinin Bizimxeber.az-a verdiyi məlumata görə, torpaq sürüşməsi kəndi üç tərəfdən əhatə edən dağ yamacında baş verir. Bu isə ciddi tədbirlər görülməzsə, kəndi tamamilə xəritədən silə bilər.

Hər an ciddi təhlükə ola biləcəyini deyən kənd sakinlərinin ümidi Allaha qalıb: ” Yalandan gəlib gedirlər. Ciddi bir tədbir görən yoxdur. Gəlib baxanlar da icra hakimiyyətinin məsul işçiləridir. Baxıb gedirlər”.

Sakinlər bidirir ki, sürüşmə ərazisi genişlənərək evlər üçün daha böyük təhlükə yaranıb: “Evlərin əksəriyyətində ciddi çatlar əmələ gəlib. Qorxa-qorxa yaşayırıq”.

Həyətyanı sahələrdə və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan insanlar təşvişə düşüb. Hazırda kəndin 3 tərəfindəki dağ yamacında torpaq sürüşməsi davam edir və torpaq axını tədricən çökək ərazidəki evlərə doğru hərəkət edir.

Bu arada İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev sadəcə rəsmi statistik məlumatlar verməklə kifayətləniblər. Onların APA-ya açıqlamasında bildiriblər ki, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb. Aydındır, rəsmi şəxsləri yalnız statistiq rəqəmlər maraqlandırır. Onlar üşün vacib olan elə budur ki, yuxarıdakı aidiyyatı qurumlar sayı görüb heyrətlənsinlər. Bu isə onların işinə əməlli başlı yarayır. Çünki, ayrılan vəsaitin həcmi böyüyür ki, bu da yeyinti halının üstünü örtür.

Sakinlər bildirir ki, iki nazirliyin rəyindən sonra həmin evlərdə yaşayanların təhlükəsiz əraziyə köçürülməsi barədə qərar qəbul edilib. Amma cəmi bir ailə köçürülüb ki, onlarla da maraqlanan yoxdur. Sakinlər deyir ki, rayon icra başçısı bütün məsələni FHN-nin üzərinə atıb. Özü isə kənarda dayanıb.

Bizimxeber.az
Adil



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə