İsmayıllıdakı velosiped zavodu fəaliyyətini dayandırıb? – Rəsmi Açıqlama
İsmayıllıdakı velosiped zavodu fəaliyyətini dayandırıb? – Rəsmi Açıqlama
08 Sentyabr 2016 / 18:53 / Baxış sayı: 1620
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün sosial şəbəkədə İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş “İsma Bikes” Velosiped Zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılıb. Məlumatda zavodun hansı səbəbdən fəaliyyəti dayandırması açıqlanmır.

Qaynarinfo.Az olaraq, “İsma Bikes” Velosiped Zavodu ilə əlaqə saxladıq. Zavodun istehsalat müdiri Elnur Əliyev bildirdi ki, yayılan məlumat doğru deyil: “Zavod fəaliyyətini dayandırmayıb, qismən fəaliyyət göstərir. Eyni zamanda işə götürülən yeni işçilər Bolqarıstanda velosiped zavodunda kurs keçirlər.

Zavodun tam fəaliyyətə düşməməsinin əsas səbəbi, yeni velosiped növlərinin artmasıdır. Əvvəl 5 növ velosiped istehsal etməyi planlaşdırmışdıq, amma sonradan növlərin sayı artdı. Və yeni növ velosipedlər üçün götürülən işçilər də xaricə kurs keçməyə göndərilib.

Hazırda isə yalnız öncədən nəzərdə tutulmuş 5 növ velosiped istehsal olunur. Yaxın 15-20 gün ərzində isə tam fəaliyyət göstərəcəyik”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə