İŞİD, Qarabağda saxlanılan nüvə tullantıları, Metsamorun partlaması…
İŞİD, Qarabağda saxlanılan nüvə tullantıları, Metsamorun partlaması…
01 Avqust 2016 / 16:28 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4
Bizimxeber

İŞİD terror qruplaşmasının yayıldığı coğrafiya genişləndikcə nüvə təhdidi də artır.

Virtualaz.org xəbər verir ki, bu haqda geosiyasət üzrə ekspert İlan Skialomun Le Huffington Post fransız nəşrində dərc edilmiş məqaləsində deyilir. Müəllifin fikrincə terrorçu qruplaşma keçmiş sovet məkanında-Ermənistanda, Ukraynada və ya Moldovada nüvə zərbəsi endirə bilər. Ən təhlükəli nöqtə isə İrəvandakı Metsamir AES və Dağlıq Qarabağda nüvə tullantılarının saxlanıldığı yerdir.

Müəllif yazır ki, Ermənistan və Gürcüstan ərazisindən nüvə qaçaqmalçılığı halları qeydə alınıb. Əvvəllər gürcü xüsusi xidmət orqanları uran-238 maddəsini 200 milyon dollara satmaq istəyən Ermənistan vətəndaşlarını həbs edib. Belə ehtimal edilir ki, nüvə alverçiləri Ermənistan və Gürcüstandan nüvə materiallarını Qara dənizin o tayına, daha sonra Yaxın Şərqə çatdırmaq istəyirlər.

Ekspert İŞİD-in kütləvi qırğın silahlarından istifadə etməklə hücum həyata keçirmək niyyətini gizlətmədiyini, bu terror qruplaşmasının tərkibində fizika, kimya və kompüter elmləri üzrə mütəxəssislərin olduğunu qeyd edir. Onun fikrincə, xüsusən Ukrayna, Moldova və Ermənistan ərazisindəki AES-lər potensial hədəfdir.

“Metsamor AES xüsusən narahatlıq doğurur, bu, təkcə terror təhdidi deyil, eyni zamanda seysmik zonada yerləşir. Nüvə reaktorunun qızmasına qarşı  soyutma sistemi yoxdur. Bundan əlavə Dağlıq Qarabağda radioaktiv tullantılar saxlanılır. Bu tullantıların zəif mühafizəsi onu terrorçular üçün asan hədəf halına gətirir. Azərbaycanla Ermənistan arasında mümkün müharibə və ya İŞİD-in hücumu zamanı həmin tullantılar hədəfə gəlsə bütün regionun ətraf mühitinə fəlakətli zərbə dəyəcək”-ekspert yazır.

Məqalədə xatırladılır ki, Avropa İttifaqı dəfələrlə Metsamor AES-in bağlanmasına çağırıb, ancaq Ermənistan bundan imtina edir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə