İŞİD lideri Mosuldan qaçdı
İŞİD lideri Mosuldan qaçdı
07 Noyabr 2016 / 15:33 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4
Bizimxeber

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Mosuldan qaçıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq ordusu məlumat yayıb. Kəşfiyyatdan olan mənbələr də Bağdadinin qaçması xəbərini təsdiqləyiblər. Mənbə bildirib ki, qruplaşma lideri aviazərbələrin qarşısında sipər etmək üçün özü ilə birgə 150 ailə götürüb.

Qeyd edək ki, daha əvvəl Bağdadi döyüşçülərinə müraciət edərək nəyin bahasına olursa-olsun Mosulu əldə saxlamağa çağırmışdı.

Mosulda əməliyyatlar başladığı gündən bəri 2 mindən çox İŞİD-çi öldürülüb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə