İŞİD-in rəhbərlərindən biri öldürüldü
İŞİD-in rəhbərlərindən biri öldürüldü
07 Noyabr 2016 / 13:08 / Baxış sayı: 536
Font1 Font2 Font3 Font4
Bizimxeber

İraq hökumət qüvvələri Mosulun cənubunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat verib. 

Telekanalın məlumatına görə, Əlcəzair əsilli səhra komandiri Əbu Həmzə hökumət qüvvələrinin tam nəzarətinə keçmiş Hamam-əl-Əlil bölgəsində öldürülüb.

Xatırladaq ki, İraq ordusu beynəlxalq koalisiyanın və yerli silahlı qrupların dəstəyi ilə Mosulun İŞİD-dən azad olunması ilə bağlı oktyabrın ortalarında genişmiqyaslı əməliyyatlara başlayıb. İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarətində idi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə