İŞİD-ə qoşulan güləşçimiz İraqda necə öldürüldü? -TƏFƏRRÜAT – YENİLƏNİB
İŞİD-ə qoşulan güləşçimiz İraqda necə öldürüldü? -TƏFƏRRÜAT – YENİLƏNİB
29 Sentyabr 2016 / 11:22 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4
Bizimxeber

İŞİD-ə yaxın olan media qurumlarının yaydığı məlumata görə, Çamsulvarayev və Məhəmməd Əhmədov sentyabrın 22-də Mosul yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüblər. Onlarla birgə Karaçay-Çerkesiyadan olan Abdullah Cay, Abdulhəmid Şişani də həlak olublar.

Məlumata görə, əslən Dağıstanını Sumadi rayonundan olan Məhəmməd Əhmədovun evində onun yas mərasimi keçirilib. 3 gün davam edən mərasimə polis müdaxilə etməyib.

Onu da qeyd edək ki, Rusiya mətbuatının iddiasına görə, Çamsulvarayev Dağıstan və Şimali Qafqazdan olan yeniyetmə qızları terror təşkilatına cəlb etmək və onlardan kamikadze hazırlamaqla məşğul olurmuş.

**

10:57

Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib. Lent.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə – Dağıstana qayıdıb: “Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik”.

Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.

**

10:36

Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı iddia irəli sürüb. Xəbərə görə, Çamsulvara İraqda “İŞİD” sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var.

Bizimxeber.az 



İŞİD-ə qoşulan güləşçimiz İraqda necə öldürüldü? -TƏFƏRRÜAT – YENİLƏNİB yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə