İsgəndər Xəlilov “Nikoil Bank”ın rəhbərliyindən getdi
İsgəndər Xəlilov “Nikoil Bank”ın rəhbərliyindən getdi
07 Oktyabr 2016 / 12:33 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4
Bizimxeber

5 oktyabr 2016-cı il tarixində “Nikoil Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub. 

Bankdan verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

 Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib. Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov  bankın səhmdarlarından biri olaraq qalır. Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Sədr:
Kulişova Marina Valeryevna

Üzvlər:

Romanovskiy İvan Vladimiroviç

Sazonov Aleksey Valeryeviç

Suxoruçkin Pavel Aleksandroviç

Novikov Roman Vitalyeviç

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə