İsa Qəmbərin oğlu sərbəst buraxıldı
İsa Qəmbərin oğlu sərbəst buraxıldı
18 Avqust 2016 / 13:47 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
Bizimxeber

NİDA hərəkatının fəalı Turqut Qəmbər sərbəst buraxılıb. Virtualaz.org-un əldə etdiyi məlumata görə, Turqut Qəmbər ictimai qaydaları pozduğuna görə müvəqqəti-bir neçə saatlığa saxlanılıbmış. Belə ki, Turqut Qəmbər bu gün NİDA Vətəndaş Hərəkatının bütün üzvlərini həbsdə olan digər fəal Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə təyin edilən məhkəmə iclasına çağırıb və bununla onları ictimai qaydanı pozmağa təhrik edib.

*   *   *12:18

“NİDA” vətəndaş hərəkatı İdarə Heyətininin üzvü Turqut Qəmbər bu gün saxlanılaraq polis bölməsinə aparılıb.

Virtualaz.org bildirir ki, bu barədə ictimai fəallar facebook səhifələrində məlumat veriblər.

Bildirilir ki, Turqut Qəmbər bu gün NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə təyin edilən məhkəmə iclasına gedərkən həbs olunub.

Qeyd edək ki, Turqut Qəmbər “Müsavat” partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğludur.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə