İş xanımlarına vicdan əzabı verən məsələ
İş xanımlarına vicdan əzabı verən məsələ
04 Oktyabr 2016 / 12:18 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yaşadığımız həyatın şərtləri iş qadınlarını bir çox çətinliklərlə üz-üzə qoyur. Çalışan qadınlar uşaq dünyaya gətirdikdən sonra məcbur olub onu bir ailə böyüyünə, ya da dayəyə həvalə edib işə dönməli olurlar. Yeni doğulmuş övladına lazımınca vaxt ayıra bilmədiyi üçün işlə-ev arasında qalan qadınlar əksər hallarda vicdan əzabı çəkir. Ancaq araşdırmalar zamanı müəyyən olunub ki, uşağın qayğısına qalan hər bir insan ona sevgiylə yanaşmalıdır. Qadınlar uşaq dünyaya gəldikdən sonrakı ilk bir neçə ay uşaqlarından başqa heç bir şeylə maraqlanmırlar. Övladına hər cəhətdən yaxın olmağa çalışır, onun hər halından, ağlamağından nəyə ehtiyacı olduğunu duymağa çalışırlar. Bu da ana ilə övladı arasında daha sıx psixoloji yaxınlıq yaradır. Lakin ana zaman keçdikcə başqa işlərə də maraq yönəltdiyi üçün uşağa göstərdiyi diqqət azalır. Bu da uşağın anasından başqa insanlara öyrəşməsində psixoloji çətinliklər yaradır.

Aile.lent.az işləyən xanımlara bəzi bilgilər təqdim edir.

Anaların çoxu düşünür ki, bütün günlərini tamamilə övladları ilə keçirmək uşaq üçün çox önəmlidir. Lakin bilmirlər ki, bütün günü yox, ən azı 1 saat uşağa ayırmaq, ətrafda ikisindən başqa heç kimin olmadığı bir şərait yaradıb onun bütün ehtiyaclarını ödəmək daha yaxşıdır.

Analar uşağa istədiyindən də artıq yemək yedirməklə düşünürlər ki, bu, onun bütün ehtiyaclarını ödəmiş olur. Bu, yanlışdır, əksinə, övladın duyğusal ehtiyaclarını ödəmək lazımdır.

İşləyən qadınlar bacardıqları qədər övladlarının heç bir istəyinə “yox” demirlər. Hesab edirlər ki, övladlarına lazımınca vaxt ayırmamaqla onların sevgisini itirirlər və bunun qarşısını almaq üçün hər istədiklərini etsələr yaxşıdır. Amma bu, çox yanlış düşüncədir. Övladın hər istəyi ilə razılaşmaq olmaz, əks halda onlar daha da çox şey istəyərlər. Onların nazı ilə oynamaq gələcəkdə məktəb həyatında, insanlar arasına çıxanda uyğunlaşmalarına problem yaradacaq. Çünki ətrafdakılar onların hər istəyinə baş əyməyəcək.

Araşdırmalar nəticəsində iş xanımlarının daha çox stress keçirdiyi və depressiya halları  ilə qarşılaşdığı bəlli olub. Bunun səbəbi isə xanımların övladlarına yetərincə vaxt ayıra bilməməsi, onu tanımadığı bir dayəyə həvalə etməsilə bağlı yaşadığı stressdir. Xanımlar bilməlidir ki, uşaqların ən çox ehtiyac duyduğu sevgi və diqqətdir. İşləyən xanımlar övladlarına az vaxt ayırdıqları üçün dərd etməməlidirlər. Bütün günü bir yerdə olmaqdansa, az vaxt da olsa uşaqla maraqlanıb, sevildiyini ona hiss etdirmək, birlikdə keyfiyyətli vaxt keçirmək daha önəmlidir.

Uşağa ayrılan vaxtın çox, ya az olması önəmli deyil, önəmli olan onun sizin üçün nə qədər dəyərli olduğunu, onu nə qədər çox sevdiyinizi qısa zaman çərçivəsində belə olsa, ona hiss etdirməkdir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə