Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

İraq qarışdı: Ölənlər artır, sosial şəbəkələr bloklanıb (FOTOLAR)

1785 oxunma | Tarix: | 2 ay öncə

İraqın Zikar vilayətində hökumət əleyhinə iki gündür davam edən nümayişlərdə ölənlərin sayı 12 nəfərə çatıb.  Aksiyalar zamanı 112 nəfər xəsarət alıb. Ölən və yaralananlar arasında polislər də var. Bölgədə dövlət müəssisələri fəaliyyətini dayandırıb. Ərazidə internet və sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Nümayişlərin davam etdiyi yerlərə çox sayda təhlükəsizlik əməkdaşı göndərilib. 
Paytaxt Bağdadda da başlayan aksiyalara görə dövlət müəssisələrində bir günlük tətil elan edilib, komendant saatı tətbiq edilib. Bağdad Beynəlxalq Hava Limanı ətrafında polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, İraq əhalisi həyat səviyyəsinin yaxşılaşdırılmasını, dövlət xidmətlərində keyfiyyətin yüksəldilməsini, korrupsiya və rüşvətxorluğun aradan qalxmasını tələb edir.

XƏBƏRLƏR:  29 İŞİD-çi Azərbaycana göndərilir - Qərar verildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir