İraq Öcalanın buraxılmasını tələb edir
İraq Öcalanın buraxılmasını tələb edir
08 Noyabr 2016 / 20:55 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4
Bizimxeber

İraq Türkiyədən terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edir.

Türkiyə KİV-ləri xəbər verir ki, İraq prezidentinin müşaviri Abdullatif Camal Rəşid belə bir istəklə çıxış edib. Prezident köməkçisi qeyd edib ki, Türkiyə rəhbərliyinin, kürd partiyalarının bəzi parlament və idarəçilərinə qarşı mövqeyini ən sərt şəkildə qınayırlar: “Bu, antidemokratik addımlar mübarizə aparan kürdlərə qarşı yeni bir şey deyil. Bu sərt addımı qınayır, PKK lideri Abdullah Öcalan ilə HDP-nin həmsədrləri Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ daxil olmaqla digər deputatların azad olunmasını tələb edirik. Ümumiyyətlə, bu cür həbs hallarının bitməsini istəyirik”.

Abdullatif Camal Rəşid eyni zamanda Türkiyədən İraq torpaqlarındakı güclərini çəkməsini, İraqın daxili işlərinə qarışmağa son verməsini tələb edib.

Qeyd edək ki, Böyük Mosul əməliyyatının başladığı gündən Rəsmi Ankara və Bağdad arasında münasibətlər korlanmağa başlayıb. Türkiyəni Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edən Bağdad rəhbərliyi bir neçə dəfə torpaqlarındakı Türk əsgərlərinin geri çəkilməsini istəyib.\bakupost\

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə