İranın Ermənistan vasitəsi ilə Gürcüstana qaz satmasına münasibət
İranın Ermənistan vasitəsi ilə Gürcüstana qaz satmasına münasibət
28 İyul 2016 / 14:33 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İran müstəqil dövlətdir, onun öz maraqları var və bu maraqlara uyğun olaraq addımlar atır”. Bu fikirləri “Qaynarinfo.Az”a Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva İranın Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalamasına münasibət bildirərkən deyib.

Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanın İran, Gürcüstan və digər region ölkələri ilə bərabər səviyyəli enerji əməkdaşlığı var: “Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycan, Rusiya, İran prezdentlərinin görüşü olacaq. Prezidentlərin görüşü bu məsələlərə öz töhfəsini verəcək”.

Qeyd edək ki, İran İslam Respublikası Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb. Sazişə görə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə