İranın Dəmir Yolları İdarəsinin rəhbəri istefa verdi – Qəzaya görə
İranın Dəmir Yolları İdarəsinin rəhbəri istefa verdi – Qəzaya görə
27 Noyabr 2016 / 8:05 / Baxış sayı: 1544
Font1 Font2 Font3 Font4
Bizimxeber

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi istefa verib.
Bizimxeber.az  xəbər verir ki, o, İran Televiziyasının 1-ci kanalında yayımlanan 21:00 xəbər buraxılışında Simnan şəhərinin Həftxan dayanacağında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olmuş 44 nəfərə görə İran xalqından üzr istəyib və tutduğu vəzifədən istefa verib.
“İstefa ərizəmi yol və şəhərsalma naziri Abbas Axundiyə təqdim etmişəm və o istefamı qəbul edib”, – deyə M.Purseyidağayi bildirib.
Qeyd edək ki, 44 nəfərin ölümü ilə nəticələnən dəmir yolu qəzasında həlak olanların əksəriyyəti Şərqi Azərbaycandandır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə