İranın bəyanatı neftin qiymətini qaldırdı
İranın bəyanatı neftin qiymətini qaldırdı
24 Avqust 2016 / 12:24 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran OPEC ölkələrin sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi planlaşdırılan növbədənkənar iclasında neft hasilatının dondurulması təklifini dəstəkləyə biləcəyini açıqlayıb. Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir. Qeyd edək ki, dünən, avqustun 23-də İran tərəfi OPEC-in Əlcəzair sammitində iştirak edəcəyini bildirib. Həmçinin, İranın may ayında artıq öz hasilatını sanksiyalardan öncəki səviyyəyə çatdırması və neft hasilatını dondurmaq məsələsinə müsbət yanaşdığı vurğulanır.

İrandan gələn xəbərlər dünən, avqustun 23-də neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Belə ki, avqustun 19-da və 22-də İraqın hasilatı artırması və ABŞ-da yenidən fəaliyyətə başlayan neftqazma quyularının sayının artması xəbəri ilə 48,5 dollar/barelə qədər azalan “Brent” markalı neftin qiyməti 3,5% artaraq 50 dollar/barelə yaxınlaşıb.

“Report”un analitik qrupu neft qiymətlərinin 55 dollar/bareli keçməyəcəyini proqnozlaşdırır. Belə ki, “Bloomberg” agentliyinin xəbərinə görə, İraq Kərkük vilayətində neft hasilatını bərpa etməyi düşünür. Belə olduğu halda, İraqın neft ixracı bir neçə gün ərzində 5% və ya 150 min barel arta bilər. Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, İraq iyulda gündəlik 3,71 mln. barel neft ixrac edib. Bu, iyun ayı ilə müqayisədə 80 min barel və ya 2,2% çoxdur.

“Report”un analitikləri hesab edirlər ki, neft qiymətləri Əlcəzair sammitinə qədər, görüşdən müsbət qərarlar verilə biləcəyi ehtimalı ilə 50 dollar/barel səviyyəsində qalmaqda davam edəcək. Neft hasilatının müxtəlif ölkələr tərəfindən artırılması barədə xəbərlərə baxmayaraq, qiymətlər azalma göstərməyəcək. Əlcəzair sammitinə qədər neft qiymətlərinin 45-55 dollar/barel diapazonunda qalması gözlənilir. Sammitdə müsbət qərar qəbul olunarsa, qiymətlərin qısamüddətli yüksəlməsi, daha sonra isə ABŞ-da şist neft şirkətlərinin hasilatı artırması fonunda təklifin tələbi üstələməsi amilinin ortaya çıxması ilə yenidən azalacağı proqnozlaşdırırlır. Sammitdən hasilatın dondurulmasına dair müsbət nəticə əldə edilməsə, neft qiymətlərinin kəskin düşməsi və 35 dollar/barelə qədər geriləməsi mümkündür.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə