Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)

650 oxunma | Tarix: | 1 həftə öncə

Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İrandan Azərbaycan istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucu­sunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.

XƏBƏRLƏR:  Toyda atəş açan şəxs tutuldu-Video

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilən külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram “Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)

  • İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)
  • İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir