İranda eks prezidentin qızı rejimə qarşı çıxdı
İranda eks prezidentin qızı rejimə qarşı çıxdı
26 İyul 2016 / 9:25 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Mən İslam dinini mükəmməl din olaraq görsəm də dini rejimi qəbul etmirəm”.

Bunu İran İslam Respublikasının keçmiş prezidenti, hal-hazırda dövlətin məsləhət şurasına sədrlik edən İran islam inqilabının əsas siyasi şəxslərindən sayılan Əli Əkbər Haşimi Rəfsəcaninin qızı Faizə Haşimi islahatçıların keçirdiyi tədbirdə deyib.

Mövcud siyasi rejimə qarşı çıxan Faizə Haşimi bildirib ki, teokratik hökumətlər bütün problemlərini dinin üstünə yıxırlar:

“Dinimiz ziyan görməsin və insanlarımız dinə bundan artıq qıcıqlanmasın deyə dini rejimi qəbul etmirəm. Bəlkə İnqilabın başlarında iddialar olmuşdur ki, biz əsl islamı tətbiq edəcəyik. Lakin zaman keçdikcə gördük ki, hakimlər nəinki əsl dini tətbiq etmədilər, həm də insanımız dindən uzaq düşdü. Məsələn, xanımların hicabına baxın. Onlar inqilabın ilk 15 ilində daha hicablı idilər. İndi isə hicabdan qaçırlar. Mənə görə dini rejim həm dinin mahiyyətinə, həm də insani dəyərlərə böyük zərbələr endirir”.

Qeyd edək ki, Faizə Haşimi son illərdə çoxlu təzyiqlərə məruz qalıb. 2009-cu il prezident seçkiləri hadisəsindən sonra ölkədə Xamneyinin tək güc uğrunda apardığı mübarizədən sonra Haşimi ailəsi və digər keçmiş rəqiblərə bütün sferalarda təzyiq olunub. Rəfsəncani Haşimi İslahatçıların kölgə adamı hesab olunur.\1xeber.com\

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə