İran XİN Rusiyanın aviabazadan istifadəsinin bitdiyini bəyan edib
İran XİN Rusiyanın aviabazadan istifadəsinin bitdiyini bəyan edib
22 Avqust 2016 / 14:01 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

İranın Müdafiə naziri Rusiya hökumətini aviabazadan istifadə xəbərini dərc etdiyi üçün tənqid edib. 

Bizimxeber.az saytı xarici mətbuata istinadən bildirir ki, İranın Xarici İşlər Naziri Bəhram Haşimi Rusiyanın Həmədan şəhərindəki aviabazadan istifadəsinin  bitdiyini bəyan edib.

İranın Tasmin agentliyi məlumat verir ki, “Rusiyanın Suriya terroristlərinə hücum üçün “Şəhid Noje” aviabazasından istifadəsi bitdi”,-  Haşimi deyib.

Daha əvvəl isə İranın Müdafiə naziri Hüseyn Dehqani Rusiyanı rus hərbi təyyarələrinin Həmədandakı avibazadan istifadə xəbərini dərc etməkdə günahlandırmışdı. Bunu Rusiya tərəfin ictimaiyyət qarşısında “özünü göstərməsi” kimi qiymətləndirmişdi.

“Rusiya sübut etmək istəyir ki, o bölgədə supergücdür və regionun təhlükəsizliyində əvəzsiz rol oynayır. Bu ölkə Suriya məsələsi çərçivəsində özünü effektiv oyunçu kimi göstərməklə ABŞ hökuməti ilə danışıqlara getmək və Suriyanın gələcək siyasi taleyində də önəmli rol oynamaq istəyir”.-nazir qeyd edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə