İran və Rusiyanın prezidentlərinin Bakı görüşü necə olacaq?
İran və Rusiyanın prezidentlərinin Bakı görüşü necə olacaq?
29 İyul 2016 / 16:07 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya və İran prezidentlərinin Bakı görüşü ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq.

RİA Novosti xəbər verir ki, bu barədə Ruisya-İran hökumətlərarası Komissiyasının həmsədri, rabitə və telekommunikasiya naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdə bildirib.

“Liderlərin 2015-ci ildə Tehranda görüşü Rusiya və İran arasında münasibətin pik nöqtəsi oldu. Bakıda avqustun 8-də Həsən Ruhani və Vladimir Putinin növbəti görüşü onları növbəti səviyyəyə çıxara bilər”, – Vaezi bildirib.

Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirlməsi planlaşdırılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə