İran-Türkiyə qaz xətti partladıldı
İran-Türkiyə qaz xətti partladıldı
28 Oktyabr 2016 / 17:12 / Baxış sayı: 952
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran və Türkiyə arasında olan qaz xətti partladılıb.

Hadisə qaz xəttinin Türkiyənin Ağrı əyalətindən keçən hissəsində baş verib. Partlayış nəticəsində yanğın baş verib.

Əraziyə cəlb edilmiş yanğınsöndürənlər alovun öhdəsindən gəliblər. Qaz nəqli müvəqqəti olaraq dayandırılıb. Hadisə yerində təmir işləri gedir.

Polis tərəfindən istintaq başlayıb. Əsasən iki versiya: 1) texniki nasazlıq və 2)PKK terrorçularının diversiya hərəkatı üzərində iş gedir.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə