İran şirkəti SOCAR-la əməkdaşlıq edəcək
İran şirkəti SOCAR-la əməkdaşlıq edəcək
01 Oktyabr 2016 / 17:54 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4
Bizimxeber

İranın “Sədid Holdinq” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə neft-qaz nəqli üzrə boru kəmərləri sahəsində əməkdaşlıq edəcək. Bunu açıqlamasında “Sədid Holdinq” şirkətinin sədr müavini, Polad borular, profillər istehsalçıları İttifaqının katibi Əmir Hüseyn Kavə deyib.

Onun sözlərinə görə, “Sədid” şirkəti və SOCAR arasında əməkdaşlıq hər iki ölkə üçün daha çox gəlir gətirə bilər. “Rusiyanın “Qazprom” şirkəti ilə də əməkdaşlıqda Azərbaycan tərəfinin potensialından istifadə etmək niyyətindəyik. Hazırda “Sədid” şirkəti Azərbaycanda təcrübəli və bacarıqlı işçi qüvvəsi axtarışındadır. Bu işçi qrupunun təşkilatlanması hər iki ölkə üçün böyük iş olacaq. Əlbəttə, hazırda bəzi işçilər işə götürülüb və səfirlərlə də görüşümüz olub. Hazırda iş davam etdirilir, gözləyirik ki, iş başlasın”, – deyə Ə.H.Kavə qeyd edib.

Ə. H. Kavə İranla Rusiya əməkdaşlığında Azərbaycanın rolundan danışaraq bildirib ki, “Sədid” şirkəti hazırda Rusiyanın “Qazprom” şirkəti ilə neft-qaz boru kəmərlərinin layihələndirilməsi və təkmilləşdirilməsi layihəsini müzakirə edir: ”Biz istəyirik ki, İran və Rusiyanın əməkdaşlığında Azərbaycan əsas rol oynasın. Ona görə ki, neft-qaz boru kəmərlərinin layihələndirilməsi və təkmilləşdirilməsi layihəsində İran, Rusiya və Azərbaycanın 3 tərəfli əməkdaşlığının önəmli və əsaslı olduğunu düşünürük.”

Şirkət rəsmisinin sözlərinə görə, hazırda İran Rusiyanın böyük şirkətləri ilə böyük layihələrdə əməkdaşlıq üçün müzakirələr aparır: “Rusiyada daha çox İran şirkətlərini qeydiyyata alırıq. Yük daşımaları, ticarət və nəqliyyatda Azərbaycan şirkətlərinin potensialından istifadə etməyi qərara almışıq.”

Qeyd edək ki, “Sədid” şirkəti bir müddət öncə Rusiyanın ən böyük gəmiqayırma şirkətlərindən olan “Krasnoe” şirkəti ilə 1 mlrd. dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsasən bu şirkət İran üçün dirəklər, qazma platformaları istehsal edəcək.

“Sədid” holdinq yarım əsrdir ki, fəaliyyət göstərir. İranın ən böyük sənaye şirkətlərindən biridir. Polad profayl, boru və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə