İran sazişini bitirmək “axmaqlıq”dır
İran sazişini bitirmək “axmaqlıq”dır
01 Dekabr 2016 / 10:56 / Baxış sayı: 1054
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran sazişini bitirmək “axmaqlıq” olar

Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-a İran ilə nüvə sazişini bitirməyin “fəlakətli” və “axmaqlıq” olması barədə xəbərdarlıq edib.

BBC-ə müsahibəsində John Brennan, həmçinin prezidentə Rusiyanın vədlərinə qarşı ehtiyatlı olmağı məsləhət görüb. O, Suriyadakı vəziyyətə görə Moskvanı günahkar bilir.

Seçki kampaniyası zamanı cənab Trump, İran sazişini bitirəcəyini və Rusiya ilə daha yaxından iş görəcəyini söyləmişdi.

Brennan dörd il CİA-ə başçılıq etdikdən sonra, yanvar ayında vəzifəsindən ayrılacaq.

Britaniya mediasının FTP direktoru ilə ilk müsahibəsinə cənab Brennan, yeni administrasiyaya bəzi məsələlər üzrə “ehtiyatlı və intizamlı” davranmağı məsləhət gördüyünü deyib.

Buraya terrorizmə qarşı istifadə olunan dil, Rusiya ilə münasibətlər, İran ilə nüvə sazişi və CİA-in üzərində qurulduğu gizli imkanlar daxildir.

İran nüvə sazişi

O, Donald Trump-ın komandasına İran ilə nüvə sazişinə toxunmamağı məsləhət bilib.

“Məncə, bu fəlakətə gətirib çıxara bilər”, cənab Brennan BBC-ə deyib.

“Hər şey bir tərəfə, bir administrasiyanın özündən əvvəlki administrasiyanın imzaladığı anlaşmanı cırıb atması görünməmiş bir şeydir,” o söyləyib.

Terror təhlükəsi

Terrorizm əsas narahatçılıq kimi qalmaqdadır.

Özünü İslam Dövləti adlandıran qrupun daxili hücumlar etmək niyyəti “çox aktivdir” və “döyüşlərdə bir neçə dəfə geri çəkilməsinə baxmayaraq, qrup, hələ də Qərbə qarşı hücum etmək gücündə olduğunu göstərmək üçün fürsət güdür”, cənab Brennan bildirib. (BBC azeri)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə