İran səfiri: “Azərbaycanda məzhəblər arasında ayrı-seçkilik yoxdur”
İran səfiri: “Azərbaycanda məzhəblər arasında ayrı-seçkilik yoxdur”
05 Sentyabr 2016 / 16:13 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı fəaliyyəti dövründə İrana iki dəfə səfər etdiyini, bu səfərlər zamanı İrandakı inkişafın şahidi olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitənin fəaliyyətindən danışan M. Qurbanlı İslam dininin sülh dini olduğunu, buna baxmayaraq, dini ləkələməyə çalışan bəzi radikal qrupların mövcudluğunu da diqqətə çatdırıb.

Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin isə Azərbaycanın dünyaya tolerantlıq nümunəsi sərgilədiyini söyləyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə