İran OPEK-ə qatılmaq məsələsini hələ dəqiqləşdirməyib
İran OPEK-ə qatılmaq məsələsini hələ dəqiqləşdirməyib
17 Avqust 2016 / 12:39 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran indiyə kimi OPEK-in növbəti ay keçiriləcək görüşündə iştirak etmək qərarını kəsinləşdirməyib. Bu həm də neft hasilatının istənilən səviyyəyə çatmadığı üçündür. 

Bizimxeber.az saytı xarici mediaya istinadən xəbər verir ki, OPEK-in sentyabr görüşü formal xarakter daşımır. Əlcəzairdə keçiriləcək görüşdə əsas mövzu neft hasilatının dondurulması məsələsi olacaq. 

İranın Neft Sənaye Nazirliyinin mətbuat katibi bildirib ki, görüşdə iştirak etmək üçün hələ qərar verilməyib. Çünki rəsmi Tehran hasilatın dondurulması ilə razı deyil.

Çox güman ki, İran sentyabrda nəzərdə tutulmuş hasilat həddinə çatacaq.

Xatırladaq ki, aprel ayında İran Səudiyyə  Ərəbistanı kimi OPEK-in görüşündə iştirak etməkdən imtina eləmişdi. Rusiya və digər dövlətlər hasilatı yanvar ayı üçün olan səviyyədə dondurmaq istəyirdi. Bu isə İranın beynəlxalq sanksiya üçün göstərici  səviyyəsindən aşağıdır.

İran sutkalıq neft ixracı 1 milyon barelə ( hasilatdan asılı olaraq 1.1 milyon barel) çatmayınca hasilatı dondurmaq məsələsinə baxmayacaq.

Əgər hasilatı dondurmaq şərti olmasa  İran formal olaraq görüşdən imtina etmir.

Sanksiya tətbiq olunana qədər İranın sutkalıq neft hasilatı 3.6 milyon barelə çatırdı, bu isə OPEK ölkələri arasında ikinci yer idi. Həmin dövrdə İranın gündəlik ixracatı 2.5 milyon barel idi.

İndi İranın neft hasilatı 3.8 milyon barel təşkil edir, amma eksport sutkalıq  2 milyon bareldir. Rəsmi Tehran isə sutkalıq ixracın həcmini 4 milyon barelə çatdırmaq istəyir.

Bu digər neft ölkələri olan Rusiya və Səudiyyə Ərəbistanı üçün da maraqlıdır.

İri neft ölkələri hal hazırda hasilatın dondurulmasında maraqlı deyil. Balansı saxlamaq üçün bazara bu qədər neft onsuz da lazım deyil. Və hasilatı dondurmaq heç də bütün ölkələr üçün xeyirli deyil.

Əgər Rusiya , Səudiyyə Ərəbistanı və digər neft ixracatçı ölkələr hasilatı neftin qiymətinin aşağı düşməyinə baxmayaraq kifayət qədər maksimum səviyyədə saxlasalar onda Ngeriya, Venesuela , Liviya kimi ölkələr indidən hasilatı azaldacaqlar.

Faktiki olaraq hasilatın dondurulmasının heç bir mənası yoxdur.  Onsuz da daha çox hasilat əldə etmək gücündə olan ölkələr çox azdır.

Neftin qiyməti bir barel üçün 50 dollara yaxınlaşır. Bu da qeyri rəsmi şaiyələrlə hasilatın dondurulması xəbərlərinin yayılmasına səbəb olub. Apreldə keçirilmiş görüş nəticəsiz olduğu üçün qiymətlər çox sürətlə aşağı endi. Hadisələr bu dəfə də eyni nəticənin təkrarlanacığını göstərir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə