İran dövlət televiziyasının müxbiri Suriyada həlak olub
İran dövlət televiziyasının müxbiri Suriyada həlak olub
13 Noyabr 2016 / 10:22 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran dövlət televiziyasının (İRİB) müxbiri Möhsen Xəzayi Suriyanın Hələb şəhərində reportaj hazırlayarkən həlak olub.
İRİB-in verdiyi məlumata görə, müxbirin yaxınlığında terrorçular tərəfindən atılan top mərmisi partlayıb. Partlayış nəticəsində müxbir həlak olub, ağır yaralanan operator Tamir Sənduq isə xəstəxanaya yerləşdirilib.
Möhsen Xəzayi Suriyada həlak olan ilk iranlı jurnalist deyil. Belə ki, 2013-cü ildə tədqiqatçı jurnalist və rejissor Hadi Bağbani Suriyada davam edən vətəndaş müharibəsi haqqında sənədli film çəkmək üçün Dəməşqə getmiş və orada terrorçular tərəfindən qətlə yetirilmişdi.
Xatırladaq ki, hər iki jurnalistə şəhid adı verilib.(azərtac)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə