İrakli Kobaxidze Gürcüstan parlamentinin yeni sədri oldu
İrakli Kobaxidze Gürcüstan parlamentinin yeni sədri  oldu
18 Noyabr 2016 / 22:00 / Baxış sayı: 1290
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstan qanunverici orqanının bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ. Kobaxidze parlamentin sədri seçilib.

APA-nın xəbərinə görə, yeni sədr çıxışında bildirib ki, fəaliyyəti zamanı neytral olacaq: “Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm”.

Qeyd edək ki, İ. Kobaxidze “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi idi. Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim “Gürcü Arzusu” və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan “Vətənpərvərlər İttifaqı” formalaşdırıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə