İqtisadiyyat nazirimiz Azərbaycan-Türkiyə tərəfdaşlığını şərh etdi
İqtisadiyyat nazirimiz Azərbaycan-Türkiyə tərəfdaşlığını şərh etdi
26 İyul 2016 / 15:28 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Bunu “Anadolu” Agentliyinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ticari və iqtisadi iş birliyi möhkəm zəmin üzərində qurulub: “Eyni zamanda hər iki ölkədə mövcud olan əlverişli investisiya və biznes mühiti iqtisadi əməkdaşlığımızın genişlənməsinə töhfə verib, qarşılıqlı investisiyalara şərait yaradıb”.

“Dünyada baş verən son iqtisadi böhran səbəbilə bir çox ölkə iqtisadiyyatının çətin vəziyyətə düşərək geriləməyə məruz qaldığı bir dövrdə, böhrandan minimum zərərlə çıxaraq iqtisadi inkişafını davam etdirməsi,Türkiyənin güclü maliyyə sabitliyinə malik olduğunu göstərir”, – deyə iqtisadiyyat naziri bildirib.

Ş.Mustafayev qeyd edib ki, iqtisadi inkişaf sayəsində ötən müddət ərzində Türkiyədə nəqliyyat, energetika və digər sahələrdə bir çox böyük layihələr həyata keçirilib. Nazirin sözlərinə görə, sözügedən layihələrin bəzilərinin yaxın gələcəkdə yekunlaşacağı planlaşdırılır.

“Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti yaşanan son hadisələrin mənfi təsirlərinə qarşı qətiyyət göstərəcək. Hökumət nəzərdə tutulan iqtisadi məqsədlərinə çatacaq. Əminik ki, qardaş Türkiyə ötən dövrdə olduğu kimi, bundan sonra da investorlar üçün cazibədar bir ölkə olaraq qalacaq”, – deyə Ş.Mustafayev vurğulayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə