“iPhone 7” alan iş yerini itirə bilər -FOTO
“iPhone 7” alan iş yerini itirə bilər -FOTO
03 Oktyabr 2016 / 11:02 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çinin Henan vilayətində “Nanyang Yongkang” tibb firması işçilərinə “iPhone 7” və ya “iPhone 7 Plus” almağı qadağan edən məktub göndərib.

“Bu qaydanı pozsanız, ofisə istefa ərizənizlə gəlin”, sənəddə deyilir. Bəziləri qadağan məktubunun işçilərin hüquqlarını pozduğunu deyir.

Qayda sosial şəbəkədə çox müzakirə edilib. Bəzi istifadəçilər bildiriblər ki, “Apple”ın Foxconn fabrikləri Çində yerləşdiyindən bu qayda Çinin iqtisadiyyatına təsir edə bilər. İstifadəçilərdən biri “Bu Foxconn şirkətinin dağılmasına və minlərlə insanın işsiz qalmasına səbəb ola bilər” deyib. Digəri isə işçilərin hüquqlarını pozulduğunu vurğulayıb.

Hospitalın meneceri bildirib ki, telefonun qiyməti işçinin maaşından 3 dəfə çox olduğu üçün belə qayda qoyublar.

“Xarici brendlərə qarşı deyiləm, amma işçilərimin gücləri çatmadığı bahalı iPhone-ları almasını xoşlamıram. Bəziləri banklardan, ailələrində və dostlarından borc götürür, başqaları iPhone almaq üçün daxili orqanlarını satır. İstəmirəm işçilərim belə şeylər etsin”. (BBC)

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə