İntihar edən tələbə ölümündən əvvəl dostuna nə yazıb? -SON MESAJ – YENİLƏNİB
İntihar edən tələbə ölümündən əvvəl dostuna nə yazıb? -SON MESAJ – YENİLƏNİB
11 Oktyabr 2016 / 14:29 / Baxış sayı: 1006
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünən Bakı şəhərinin Nizami rayonunda özünü SOCAR-ın gənc mütəxəssisləri üçün yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edən Hüseyn Abbasovun yaxın dostu hadisə ilə bağlı Lent.az-a danışıb.

Adının açıqlanmasını istəməyən tələbə deyib ki, həmişə onun köməyə ehtiyacı olduğunu hiss edib: “Mənə yaxın idi və bacardığım qədər kömək edirdim. İntiharından yarım saat əvvəl təsadüfən yataqxana liftində qarşılaşdıq. Mən dərsdən gəlirdim, o isə 11-ci mərtəbəyə çıxırdı. Soruşdum ki, sən 4-cü mərtəbədə qalırsan, niyə 11-ə çıxırsan? Cavab verdi ki, orda bir nəfərlə görüşəcək və daha sonra Gəncəyə gedəcək. Mən liftdən düşəndən 10 dəqiqə sonra yazdı ki, “haqqını halal elə”. Yemək yediyim üçün mesajı gec gördüm”.

Yaxın dostu 20 yaşlı Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini atasının isə buna qarşı çıxdığını deyib: “O, universitetdən çıxıb başqa nə olur olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”.

**12:27

Dünən axşam saatlarında özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edən Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Abbasovun dünən intiharından bir neçə saat əvvələ qədər internetdən istifadə etdiyi məlum olub. Lent.az-ın məlumatına görə, 4-cü kurs tələbəsi olan Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb. H.Abbasovun fotolarını təqdim edirik.

**
11:59

Dünən axşam saatlarında SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi gənc mütəxəssislər yataqxanasında özünü 11-ci mərtəbədən ataraq intihar edən 4-cü kurs tələbəsi Hüseyn Abbasovla bağlı bəzi məqamlar aydınlaşıb. Tələbə yoldaşlarınınLent.az-a verdiyi məlumata görə, H.Abbasovun doğrudan da kəsirləri olub. Lakin bu kəsirlər onun yaxşı oxumaması səbəbindən deyil, imtahanlarda ümumiyyətlə iştirak etməməsindən yaranıb.

Tələbə yoldaşları bildirib ki, bir müddət imiş H.Abbasovun ailəsində problemlər yaranıbmış və bu problemlər onun təhsilinə də mənfi təsir göstərib. Lakin onlar problemin konkret nədən ibarət olmasını dəqiq bilmədiklərini deyib. Mərhumun tələbə dostları həmçinin əlavə edib ki, 22 yaşlı Hüseyn hadisədən az əvvəl bərbərə gedib saçlarını kəsdirib. Hadisənin baş vermə səbəbinə gəlincə, dünən saat 18 radələrində 11-ci mərtəbədə yaşadığı yataqxana otağının eyvanına çıxan H.Abbasov məhəccərə çıxaraq özünü aşağı atıb. O, həyətdəki gül dibçəyinin üstünə düşüb. Hadisə yerinin bir neçə metrliyində mühafizəçi olsa da, o, Hüseynə kömək edə bilməyib. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

**
10:35

Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olur. Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb. Lent.az-ın ru.sputnik.az-a istinadən məlumatına görə, tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: “Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”.

**
10:19
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə